"Bu il qəbul ballarının yüksək olmasının səbəblərindən biri Qarabağ Universitetində yeni ixtisaslara tələbə qəbulu ola bilər". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O bildirib ki, düşünürəm, bu təsir o qədər ciddi təsir deyil: "Qarabağ Universiteti ilk qəbulu aparan zaman təbliğat işinə bütün təhsil ictimaiyyəti dəstək verdi, birlik nümayiş etdirdi. Üstəgəl tələbələrə təqaüdlərin verilməsi, pulsuz yataqxana ilə təminat məsələsinə dövlətimiz ciddi dəstək göstərir.
Qarabağ Universitetinin paytaxtda yerləşən universitetlərlə hazırda müqayisə etmək çətindir. Qarabağ Universitetində tədrislə bağlı fəaliyyət olmadan müqayisə aparmaq düzgün olmaz. Qarabağ Universitetindən cəmiyyətimizin gözləntiləri böyükdür. Gözləntilərin özünü hansı səviyyədə doğruldacağını indidən demək çox çətindir.
Arzumuz Qarabağ Universitetini paytaxt Universitetlərindən müqayisədə daha yaxşı olmağını, qlobal nüfuzlu reytinq cədvəllərində yaxşı sıralarda görməkdir".