“Araz-Naxçıvan” yoxlama görüşü keçirəcək

2 Sentyabr 2024 13:28 (UTC+04:00)

Azərbaycan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarla əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” klubu yoxlama görüşündə gücünü sınayacaq. Bölgə təmsilçisinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, “qırmızı-ağlar” sentyabrın 7-də Sumqayıtın eyniadlı komandası ilə qarşılaşacaq.

Matç “Kapital Bank Arena”da baş tutacaq. Oyunun başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.