Energetika naziri Rumıniyaya səfər edib

2 Sentyabr 2024 12:59 (UTC+04:00)

Energetika naziri Pərviz Şahbazov Rumıniyalı həmkarı Sebastian-İoan Burdujanın dəvəti ilə bu ölkəyə səfər edib. Bu barədə SİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilir ki, nazir və rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 3-də paytaxt Buxarest şəhərində keçiriləcək “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkə nazirlərinin 8-ci iclasında iştirak edəcək.