Bu gün “Trend” Beynəlxalq İnformasiya Agentliyinin yaranmasından 29 il ötür. SİA xəbər verir ki, “Trend” Beynəlxalq İnformasiya Agentliyi 1995-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb.
2010-cu ildə “Trend” Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. “Trend” 2006-2007-ci illərdə Azərbaycanda “KİV sahəsində ən yaxşı şirkət” seçilib. “Trend” “İlin eksklüziv informasiya agentliyi” nominasiyasında “Brand Award Azerbaijan-2008” milli mükafatına layiq görülüb. Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə “Trend”i “Avrasiyada daha dinamik inkişaf edən resurs” hesab edib.
Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirlərə malik olan “Trend” Azərbaycan dili də daxil olmaqla ümumilikdə 5 dildə xəbərlər istehsal edir.
SƏS Media Qrup adından həmkarlarımızı təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!