Gender siyasəti dedikdə əlbəttə ki, kişi və qadınların ictimai həyatın bütün sahələrində bərbərliyinin təmin edilməsi nəzərdə tutulur. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə hər iki cinsin bərabərliyi, istər dini, istərsə də ümumbəşəri insan haqları baxımından olanların haqlarının qorunması, eləcə də möhkəmləndirilməsi, qadın və kişilərin bu hüquqlardan istifadə etməsi dövlətin məqsədyönlü gender siyasətinin tərkib hissəsidir. Gender siyasətinə qlobal miqyasda olduqca həssas yanaşılır və ölkəmizdə də hər iki cinsdən olanların haqlarının qorunması təmin olunur, hüquqlarından istifadə etmələrinə də geniş imkanlar yaradılıb. Bu isə onu deməyə əsas verir ki, bizim ölkəmizdə gender siyasəti uğurla həyata keçirilir və gender bərabərliyinin qorunması diqqət mərkəzindədir.
Bildiyimiz kimi, gender bərabərliyi bütün dünyanın diqqət mərkəzindədir və ən inkişaf etmiş ölkələr layiqli gender siyasəti aparmağa çalışırlar. Unutmaq lazım deyil ki, gender bərabərliyi, ölkələrin gender siyasəti ümumiyyətlə, qlobal səviyyədə nəzarət altındadır və diqqətdə də saxlanılmaqdadır. Məhz buna görə də dünyanın hərhansı ölkəsinin gender siyasətinə həssas yanaşması heç də təsadüfi deyil. Azərbaycanda da gender siyasəti məhz dövlət başçımızın, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməkdədir və gender bərabərliyinin qorunması xüsusi olaraq diqqət mərkəzindədir. Nərərə çatdırmaq yerinə düşərdi ki, ölkəmizdə kişilər və qadınlar arasında bərabərlik ictimai həyatın bütün sahələrində təmin olunub deyə, Azərbaycan məhz gender bərabərliyi məsələsində də bütün dünya ölkələri üçün bir nümunə, bir örnək olaraq qəbul olunmalıdır və qəbul olunduğunun da əyani şahidiyik.
Diqqətə çatdıraq ki, gender bərabərliyinin təmin olunması üçün ölkədə hüquqi bazanın mövcud olması olduqca vacibdir və Azərbaycanda da bunun üçün hüquqi baza mövcuddur. Daha dəqiq desək, insanların hüquq və azadlıqları, hər iki cinsin bərabərliyi qanunla mühafizə olunur, bütün istiqamətlərdə qorunur. Dövlətimiz hər iki cinsin, kişi və qadınların bərabərliyinin qarantı olaraq çıxış edir və bunun üçün qanunlarımız var. Doğrudur, hər iki cinsin hüquqlarının mühafizəsi və müdafiəsi, eləcə də gender bərabərliyinin qorunmasında qanunların, bir sözlə, hüquqi bazanın rolu böyükdür. Amma etiraf etmək lazımdır ki, kişi və qadınlar arasında bərabərlik təkcə huquqi baza, qanunvericiliklə təmin oluna bilməz. Ona görə təkcə hüquqi baza ilə təmin oluna bilməz ki, əvvəla, heç də bütün hallarda bu, qanun müstəvisinə daşına bilməz. İkincisi də axı insanlar özləri buna çalışmasalar və bilməlidirlər ki, bərabərliyin qorunması üçün inzibati tədbirlər kifaət etmir. Bilməlidirlər ki, cəmiyyət özü kişi və qadınların bərabərliyinin təminatı üçün maraqlı olmasa, nə kişilərin, nə də qadınların hüquqlarının bərabərliyini tam təmin etmək mümkün olmaz və bu zaman bərabətlikdən danışmağa da dəyməz. İnsanlar birdəfəlik qəbul etməlidirlər ki, bərabərlik dedikdə, tərəflərdən birinin digərinin yerini tutması demək deyil və buna görə ehtiyat etməyə belə dəyməz.
Sözsüz ki, gender bərabərliyindən danışdığımız zaman xoşagəlməz halların az da olsa, hələ də mövcud olmasını təəssüf hissi ilə qeyd etmək lazımdır. Qeyd etmək lazımdır ki, tərəflərin hüquqlarının pozulması halları ancaq mental düşüncənin müəyyən çərçivələr yaratması nəticəsində müşahidə edilir. Doğrudur, bizə məxsus olan mental dəyərlər də, dini dünyagörüşü də, islam əxlaqı da hər iki cins arasındakı bərabərsizliyə əsas vermir. Azərbaycan xalqının öz ali dəyərlərində hansısa tərəfin hüquqlarını tapdalamaq yoxdur və xalqımızın ədalətli olması özü də bütün dünya xalqlarına bir nümunədir. Digər tərəfdən də islam əxlaqı özü də ayrıseçkiliyə qətiyyən bəraət qazandırmır. İslam dinində nəinki kişilərlə qadınlar arasında, ümumiyyətlə, dilindən, irqindən, milli mənsubiyyətindən, hətta dinindən belə asılı olmayaraq bəşəriyyətin bütün insanları arasında fərq qoyulması qətiyyən qəbul edilmir. Bununla bağlı tarixi faklar da deyilənləri təsdiq edir. Təsdiq edir ki, İslam dini və əxlaqı həyatın bütün sahələrində bərabər olmağı insanlara əsrlər boyu tövsiyyə edib. Doğrudur, İslam dininin ehkamlarını, müsəlman əqidəsini öz bildiyi kimi və sərfəsinə uyğun gəldiyi şəkildə təqdim edənlər tamamilə yanlış təsəvvür və təəssürat yaradıblar. Yaxud da, dinimizin fəlsəfəsini, dini dünyagörüşünü düzgün anlamayanlar, düzgün nəticə çıxarmayanlar öz bildikləri kimi istifadə etmələri üçün, istədiklərini etdikləri üçün belə təəssürat yaratmış olublar. Təbii ki, belələrinin təsirinin hələ də qalması fonunda az da olsa xoşagəlməz hallar müşahidə edilir. Amma bu o demək deyil ki, hər zaman belə olacaq və cəmiyyətimizin buna təsiri, daha dəqiq desək, ictimai qınaq çox neqativ halların qarşısını almağa qadir olduğu dəfələrlə özünü göstərib. Ona görə belə qənaətdəyik ki, təkcə hüquqi baza ilə deyil, eləcə də ictimai qınaqla, cəmiyyətin nəzarəti və təsiri ilə hər iki cinsin bərabərliyinə, gender bərabərliyinə maksimum dərəcədə nail olmaq mümkündür.
Dəfələrlə qeyd olunub və cəmiyyətimiz də yaxşı bilir ki, müsəlman Şərqində ilk dəfə qadına seçmək və seçilmək hüququnu məhz Azərbaycan Cünhuriyyəti verib. Bu o deməkdir ki, xalqımızın milli dəyərləri, ali dəyərləri arasında bərabərliyin olması, ayrıseçkiliyin olmaması əvvəldən də mövcud olub. Bütün dünya ölkələrinin əksəriyyəti hələ son dövrlərdə gender məsələləri ilə əlaqədar həssas yanaşma sərgiləyiblərsə, Azərbaycan lap əvvəldən buna həssas yanaşıb. Məhz qeyd olunan həmin o seçmək və seçilmək hüququ Azərbaycan qadınına veriləndə nə Amerika, nə də Fransa kimi özündənrazı, özünü nümunə kimi göstərmək istəyən ölkələrində belə bir hüquq olmayıb. Deməli, ölkəmiz gender bərabərliyi ilə əlaqədar dünyanın ən qabaqcıl ölkələrindən də öndədir və tarixi faktlar da bunu təsdiq edir. Təsdiq edir ki, gender məsələləri hər zaman diqqət mərkəzində olub.
Azərbaycan qadının həyatın bütün sahələrində kişilərlə çiyin-çiyinə çalışırlar. Qadınlarımız kişilərimizdən heç də geri qalmırlar, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə də gəlirlər. Bu gün Azərbaycan qadını ölkəmizdə istər idarəçilik, istər qanunvericilik, istər hüquq-mühafizə, istər ədliyyə orqanları, istərsə də ən məsul vəzifələri daşıyır və qadınlarımızın təmsil olunmadığı heç bir fəaliyyət sahəsi ola bilməz. Ölkəmizdə ən yüksək vəzifələrdə, Milli Məclisdə belə qadınlarımız çalışırlar və kifayət qədər qadın millət vəkillərimiz, deputatlarımız var ki, onlar öz fəaliyyətləri ilə kişilərdən geri qalmırlar. Orta və ali təhsil ocaqlarında çalışan pedaqoqlarımız, səhiyyə sahəsində yüksək nəticələrə imza atan həkimlərimiz, elm sahəsində böyük kəşflər edən alimlərimiz, idman yarışlarında ölkəmizin bayrağını dünya arenalarında qaldıran idmançılarımız arasında qadınlarımız kifayət qədərdir. Onların uğurlarını görməmək, etiraf etməmək mümkün deyil. Sözsüz ki, belə uğurlaraq qadınlarımızın kişilərlə bərabər şəkildə imza atmasında dövlətimizin, dövlət siyasətimizin böyük rolu danılmazdır. Dövlətimiz qadınların bütün sahələrdə çalışması, inşişaf etməsi, uğurlar əldə etməsi üçün hər zaman şərait yaradıb və yenə də həmin şəraiti yaratmaqdadır. Hansısa bir sahədə qadınların çalışması üçün qadağanın, məhdudiyyətin olmaması, gender bərabərliyinin qorunmasının diqqət mərkəzində olması nailiyyətlərə rəvac verən, imkan yaradan ən bəyük amil hesab olunur. Bir sözlə, ölkəmizdə gender bərabərliyinin qorunmasının diqqət mərkəzində olması, gender siyasətinə həssas yanaşılması göz önündədir.
Müəllif: İnam Hacıyev
6.3.18. “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.