Azərbaycan parataekvondoçusu yarımfinala vəsiqə qazanıb

30 Avqust 2024 15:35 (UTC+04:00)

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb. SİA-nın məlumatına görə, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda Miçel Ernesto Uolkerlə (Kuba) üz-üzə gəlib.

Rəqibinə 12:1 hesabı ilə qalib gələn Xəlilov yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.