Neslihan Atagülün körpəsinin cinsiyyəti məlum olub - FOTOLAR

29 Avqust 2024 14:02 (UTC+04:00)

Bir müddət əvvəl hamilə olduğunu açıqlayan Türkiyəli məşhur aktrisa Neslihan Atagülün körpəsinin cinsiyyəti məlum olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2016-cı ildə ailə quran Neslihan Atagül və Kadir Doğulu indi ilk körpələrini dünyaya gətirmək üçün günləri sayırlar. Günəşli günlərin dadını çıxarmaq üçün Kuşadasına gedən cütlüyün körpəsinin cinsi də məlum olub.

Yayılan xəbərə görə, 3 aylıq hamilə olan Kalsın, Atagül və Doğulu cütlüyün qız uşağı olacaq. Hazırda Kuşadasında günəşli günlər keçirən Atagül ötən gün sahildə qara bikinidə görüntülənib. Qarnı xeyli böyüyən Atagülü görən istifadəçilər "Qız anası olacaq" şərhini yazıblar.

Bir ay əvvəl "İnstaqram" hesabında qarnını tutaraq poza verərək hamilə olduğu müjdəsini verən gözəl aktrisa "Bu xoşbəxtliyi bir müddət daha gizli saxlamaq istərdik. Açığı, bu bizim haqqımızdı. ...Bir sözlə, xoşbəxtik, razıyıq və yaxşıyıq” fikirlərini səsləndirib.