Beynəlxalq Geologiya Elmləri Birliyi iki ildən bir hazırladığı “100 Geoloji İrs” siyahısını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Burdurun Yeşilova rayonunda yerləşən Salda gölü birliyin 2024-cü il üçün hazırladığı siyahıya daxil edilib.
Firuzəyi suyu, ağ çimərlikləri və geoloji quruluşu ilə diqqət çəkən Salda gölü hər il minlərlə yerli və xarici turistə ev sahibliyi edir.
Qeyd edək ki, Salda gölü dünyanın ən mühüm 100 geoloji irsindən biri kimi siyahıya daxil edilib.