Dünyanın ən sürətli zirehli avtomobili təqdim olunub

28 Avqust 2024 23:25 (UTC+04:00)

...Lucid Air elektromobili zirehli modifikasiya alıb. Lüks sedan Amerika şirkəti U.S. Armor Group tərəfindən modifikasiya edilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Carscoops saytında məlumat verilib.

Layihənin əsasını ümumi gücü 1250 at gücünə malik üç mühərrikli Lucid Air Sapphire yüksək səviyyəli elektrik avtomobili təşkil edir. Avtomobil 44 Magnum tapança və ya revolverdən atəşdən qoruyan kifayət qədər yüngül zireh alıb.

...Yeni Lucid Air Sapphire kompozit zireh (ballistik poladdan daha yüngül və 10 dəfə güclüdür) və güllə keçirməyən pəncərələrlə təchiz edilib. Bundan əlavə, avtomobildə Wi-Fi üçün kənar müdaxilələrdən qorunma və geniş çeşiddə məlumat toplayan və onları təhlükələrə qarşı təhlil edən skanerlər dəsti quraşdırılıb.

Əlavə ödəniş müqabilində qapı tutacaqlarında gicəlləndirici silahlar, bibər çiləyiciləri və gizli boşluqlar təklif edilir.

İddialara görə, Lucid Air Sapphire-in çəkisi cəmi 175 kq artıb, ona görə də elektromobil 320 km/saatdan çox sürətə çata bilir (standart model 330 km/saat sürətlənir). Bu, dünyanın ən sürətli zirehli avtomobilidir. Onun qiyməti 475.000 dollardan başlayır.

Nazlı Almuradova