9 illik bazadan kolleclərin boş qalan yerlərinə ixtisas seçiminin vaxtı

28 Avqust 2024 10:20 (UTC+04:00)

Kolleclərdə boş qalan yerlərə ixtisas seçiminin vaxtı məlum olub. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi 2024-cü il avqustun 30-dən sentyabrın 3-dək aparılacaq.