Türkiyəli məşhur aktrisa vəfat etdi

28 Avqust 2024 07:08 (UTC+04:00)

Türk kinosunun tanınmış aktrisalarından Sevil Üsttekin vəfat edib. SİA Türkiyə mətbuatına əsasən xəbər verir ki, o, "Qapıcıların kralı”, "Şaban oğlu Şaban” kimi bir çox unudulmaz filmlərində rol alıb.

1992-ci ildə Sevil Üsttekin 10 il "Mahallenin Muhtarları" serialında "Müzevir Müzeyyen" obrazını canlandırıb.