Mədəniyyət naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

27 Avqust 2024 17:44 (UTC+04:00)

Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il sentyabrın 13-də saat 10:00-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti,1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Qeyd edilib ki, vətəndaşlar 2024-cü il sentyabrın 9-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.