"Elite" və "El Pueblo" kimi seriallarla tanınan ispan aktyor Julian Ortega Kadizin Barbate sahillərində dənizdə boğularaq həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Madrid əsilli 41 yaşlı ispan aktyor Julian Orteqa boğularaq ölüb.
İspaniya Aktyor və Aktrisalar İttifaqından verilən açıqlamaya görə, Türkiyədə məşhur olan “Elite” serialı ilə də tanınan aktyor Kadizin Barbate sahilində dənizdə boğularaq ölüb. Məşhur aktrisa Qloriya Munozun oğlu Orteqa anası ilə birlikdə oynadığı "İra" teatr oyunu ilə adından söz etdirib.
Madriddə təhsil alan Orteqa Yaya Caceresin rejissorluq etdiyi "Mestiza" kimi əsərləri ilə teatrda diqqət çəkib. Daha sonra “Başqa rayon”, “İtirilmiş sevgim” kimi filmlərdə rol alıb. O, televiziyada "Las Cihcas del Cable", "4 Estrellas", "Elite" və "El Pueblo" kimi serialları ilə məşhurlaşıb. Bəzi filmlərə də rejissorluq edib. 22 filmi olan aktyorun tezliklə “Trompeta” filminin ekranlara çıxacağı gözlənilir.