Ermənistan bir reallığı anlamalıdır ki, vaxtilə Madrid prinsipləri mərhələ-mərhələ implementasiya xarakterində təklif edildikdə, Azərbaycan xəbərdarlıq edirdi ki, bu, İrəvanın arxalana biləcəyi ən yaxşı variantdır. Və əgər Ermənistan Azərbaycanın mövcud şərtlərini könüllü olaraq qəbul etməzsə, onda əlində qalan son şansı da itirməli olacaq. Vaxt isə daralır və daraldıqca Ermənistanın quyruğunun qapı arasında qalacağı ehtimalı get-gedə daha çox artmağa başlayır...
Azərbaycan bu bəndi güc yolu ilə reallaşdırsa...
Lakin rəsmi Bakı son ana qədər səbr etməyi bacarır, o cümlədən, artıq qanın da tökülməsinin tərəfdarı deyil. Ancaq...
Bu baş versə, artıq bu prinsiplərə də qayıdış olmayacaq!
Görünür, 4 ilə yaxındır ki, baş verənlər Ermənistana dərs olmadı.
Hələ bu harasıdır?
Bu gün İrəvan hər vəchlə 9-u maddəni icra etməməyə cəhdlər göstərir. Və Azərbaycan bu maddəni güc yolu ilə reallaşdırarsa, artıq Ermənistan üçün hər şeyi itirəcək. Hətta bu bəndin indiki variantının razı salınması üçün baş-gözünə döyəcək. Hələ bu harasıdır?
Ermənistanda yeni "davaçanlar" (ermənicə xəyanətkarlar) peyda olacaq.
Daha dəqiq desək, vaxtilə Ermənistanı müharibəyə sürükləyən koçaryanların, sarkisyanların ardınca son uğursuz nöqtəsini qoyan Paşinyanın hələ də ağlını başına toparlamaması gərgin vəziyyətin aradan qaldırılmadığını göstərir. Silahlanma, xarici kəşfiyyatçıların "Avropa müşahidəçiləri" qismində sərhədlərimizə axışması və s. Azərbaycanın səbrini tükəndirir!
Afət Tahirqızı
P.S. Zamanında Madrid prinsiplərini özlərinə dərs çıxarmayan Ermənistan indi də 9-cu maddə yönündə dərs çıxarmır və görək haraya qədər..?