Kanada Çin elektromobillərinə 100 faizlik rüsum tətbiq edəcək

27 Avqust 2024 03:30 (UTC+04:00)

Kanada Çin istehsallı elektromobillərinin idxalına 100 faizlik rüsum tətbiq edəcək. SİA “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Jastin Trüdo bildirib.

Həmçinin Çindən idxal olunan polad və alüminiuma da 25 faizlik rüsum tətbiq olunacaq.