"Vitas mənə Hollivud müğənnisini xatırladır...”

26 Avqust 2024 22:35 (UTC+04:00)

...Vitas kimi tanınan müğənni Vitali Qraçov 45 yaşında çox cazibədar görünür. Sənətçi ixtyander oğlan obrazından imtina edərək pərəstişkarlarına təbii kişi gözəlliyini nümayiş etdirib.

SİA-nın əldə etdiyi məlumata görə, Vitasın son şəklini 7Dney.ru dərc edib.

İdman sevgisi və sağlam həyat tərzi məşhura müsbət təsir edib. Vitas həm görünüşünə, həm də sağlamlığına fikir verir. Beləliklə, "Yeddinci element" ifaçısı yaşından çox gənc görünür. Sosial şəbəkələrdəki pərəstişkarları ulduzu komplimentlərlə “bombalayıblar”.

...“Daha yaxşı oldu. Mənə hansısa Hollivud müğənnisini xatırladır”;

..."Nə gözəl oğlan olduğu ortaya çıxdı";

...“Normal görünür. İndi, əgər o, hələ də özünü ağsaqqal kimi göstərsəydi, bu, qorxulu olardı”.

Bunu internet istifadəçiləri yazırlar.

Qeyd edək ki, Vitas bir neçə ildir ki, ailəsi ilə birlikdə Çində yaşayır: həyat yoldaşı Svetlana Qrankovskaya və üç övladı Alla, Alisa və Maksim...

Onu da qeyd edək ki, populyarlığına baxmayaraq, müğənni əsl ailə başçısıdır.

Nazlı Almuradova