‘‘Türk dilinin sehirli dünyası’’ proqramının bu günkü hissәsindә tatar dilini sosyolinqvistik baxımdan qiymәtlәndirәcәyik. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Tatar türkcəsi türk dilinin qıpçaq dil qrupuna aid olan dildir. Bu dildә əsasən Rusiya Federasiyasının tәrkibindә olan Tatarıstan Respublikasında danışılır. Tatarıstandan başqa Başqırdıstan, Bolqarıstan, Qazaxıstan, Rumıniya, Çin, Türkiyə, Finlandiya, Ukrayna, Qırğızıstan, Azərbaycan, ABŞ, Tacikistan və bəzi Avropa ölkələrində tatar dilindә danışan әhali yaşayır.
Tatarların bir hissəsi XVIII-XIX əsrlərdə Volqa çayı sahillərindən Qərbi Sibirə köç etmişlər. Sözügedən bölgədə yaşayan tatarlar Qәrbi Sibir lәhçәsindә danışırlar. Bu lәhçәdә әsasәn İrtış vadisində, Tobolsk, Tümen, Tomsk və Barabada danışılır. Ancaq rus dilinin tәsiri ilә bu lәhçәdәn istifadә mәhdudlaşıb. Türkiyənin Konya vilayətinin Cihanbəyli rayonunda danışılan tatar türkcəsinin kökləri tatar türkcəsinin Qərbi Sibir dialektlərinə əsaslanır. Bu səbəbdən sözügedən bölgәnin sakinləri Sibir türkləri və ya Sibir tatarları kimi tanınır. Sibir tatarları 1908-ci ildə Çar Rusiyası dövründə qәtliamlar və məcburi köçlər nəticəsində Türkiyəyə gəliblər.
Tatar әlifbası zəngin mədəni irsə və dərin tarixi köklərə malikdir. Tatarlar Orta Asiyadan Avropaya qədər uzanan geniş bir coğrafiyada yaşayan türk xalqı olduqları üçün dilləri tarix boyu müxtəlif təsirlərə məruz qalıb. 1303-cü ildə hazırlandığı bildirilәn Kodeks Kumanikus “Codex Cumanicus” əsərin tatar dilindә yazıldığı qeyd olunub. Sözügedən əsərin müasir tatar dilindә yazıldığını deyә bilmәrik, ancaq әsәrin yazıldığı dil ilә tatar dili arasında mühüm әlaqәlәr mövcuddur. Bu sәbәbdәn bәzi alimlәr әsәrin köhnә tatar türkcәsindә yazıldığını hesab edirlәr.
Tatar türkləri 19-cu əsrin ortalarına qədər Çağatay türkcəsi adlanan yazı dilindən istifadə ediblәr. Sözügedən əsrin sonunda onlar öz ləhcəsində, yəni Qazan lәhçәsindә yazmağa başlayıblar. Beləliklə, bugünkü tatar dilinin bünövrәsi qoyulub.
Tatarlar 10-cu əsrdən 1927-ci ilə qədər ərəb əlifbasından, 1927-ci ildən 1939-cu ilәdәk isә Sovet Rusiyası hakimiyyəti altında yaşayan türklər arasında inkişaf etdirilən latın əlifbasına əsaslanan ortaq türk əlifbasından istifadə ediblər. Sovet İttifaqı sərhədləri daxilində yaşayan bütün türk xalqlarının kiril hərflərinə əsaslanan əlifbaya keçid prosesi nəticəsində tatar türkləri bu gün də istifadə etdikləri yeni əlifbanı 1939-cu ildə qəbul ediblәr.
Tatarlar say baxımından Rusiya Federasiyası sərhədləri daxilində yaşayan әn böyük azlıqdır. Lakin tatarlar Rusiyanın bir çox bölgələrində yaşadıqları üçün bölgənin demək olar ki, hər bir icması ilə az-çox münasibətdədirlər. Bu vəziyyət tatar türkcəsinin daha çox Tatarıstan Respublikası sərhədləri daxilində inkişaf etməsinə və digər bölgələrdə rusların təsiri altında qalmasına səbəb olur.
Bu gün Rusiya Federasiyasının tərkibindəki Tatarıstan Respublikasında danışılan tatar dili rus dili ilə yanaşı rəsmi dildir. Tatarıstan əhalisinin təhsil sistemində də mühüm yer tutur. Bu tatar dilinin qorunması və inkişafı üçün müsbət amildir.