"Telegram"ın analoqu yaradılır

26 Avqust 2024 16:26 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin “Telegram”ın yaradıcısı Pavel Durovun həbsi ilə əlaqədar bir ay ərzində messencerin “tamamilə rus” analoqunu yaratmağı əmr edib. SİA xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın “Telegram” kanalları xəbər verib.

Kremlə yaxın mənbələrin məlumatına görə, bütün məmurlar, hərbçilər və kəşfiyyatçılar yeni messencerə keçməli olacaqlar.

“Biz sürətlə inkişaf etməli və işə salmalıyıq, problem olarsa, getdikcə həll edəcəyik. Yaxın gələcəkdə kommunikasiya vəziyyəti kritik ola bilər”, - Kremlin həmsöhbətlərindən biri izah edib.