Bu içkilər beyni məhv edirlər...

25 Avqust 2024 23:43 (UTC+04:00)

...Bu iki məşhur səhər içkisi beyin funksiyasını poza bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə psixiatr və beyin xəstəlikləri üzrə mütəxəssis Daniel Amen bildirib.

Həkim aydınlaşdırıb ki, söhbət meyvə şirələri və kofedən gedir.

Onun fikrincə, bu içkiləri səhərlər içmək arzuolunmazdır.

Və ümumiyyətlə, onları daha az içmək daha yaxşıdır. Belə ki, meyvə şirəsinin tərkibində çoxlu şəkər var və o, orqanizmdə iltihabi proseslərə səbəb olur, həmçinin şəkərli diabetin inkişafına və qan damarlarının məhvinə zəmin yarada bilər. İltihab həm də qocalıq demans və depressiyanın inkişafının səbəbidir.

Qəhvə öz növbəsində beyinə qan axınını 30 faiz pozan və Alzheimer xəstəliyinin inkişafına səbəb olan kofein ehtiva edir.

Üstəlik, kofein asılılıq yaradır.

Nazlı Almuradova