Alen Delon öz bağında dəfn edilib

24 Avqust 2024 20:25 (UTC+04:00)

...Avqustun 18-də dünyasını dəyişən əfsanəvi kinoaktyor Alen Delonun Fransada dəfn mərasimi keçirilib. SİA-nın əldə etdiyi məlumata görə, BFMTV xəbər verir ki, aktyor Souls kommunasındakı evinin yaxınlığındakı şəxsi kilsəyə aparılıb.

Dəfn mərasiminə qatılan Alen Delonun pərəstişkarları aktyor məzara qoyulan zaman, saat 17:00-da onu bir dəqiqəlik sükutla yad ediblər.

Sonra onlar Dalida və Alen Delonun hit Paroles mahnısını xorla oxuyublar.

…Həmin anda yağış başlayıb, sanki gələnlərə minnətdarlıq əlaməti olaraq, iki dəqiqədən sonra hava günəşli olub. O, bizə verdiyimiz hörmətə görə təşəkkür etdi.

Qeyd edək ki, bunu Alen Delonun Katie adlı pərəstişkarı deyib.

Başqa bir fanat əlavə edib ki,..o, geri qayıdan günəşlə göz yaşlarımızı sildi.

Alen Delonun xahişi ilə o, şəxsi kapellada, evin yanındakı bağda dəfn edildi. Dəfn mərasimini keçmiş yepiskop Di Falko aparıb. Mərasim bağlı qapılar arxasında tam məxfilik şəraitində baş tutub. "Təhlükəsizlik məqsədilə" bütün qonaqların mobil telefonları götürüldüb.

Dəfn mərasimində bilavasitə yalnız mərhumun yaxınları və tanınmış şəxslər iştirak edib.

Bir daha xatırladaq ki, dünya kinosunun simvolu Alen Delon avqustun 18-də 88 yaşında vəfat edib.

Nazlı Almuradova