Sən demə, Kirkorov ancaq “Bakı pomidoru” yeyirmiş...

24 Avqust 2024 20:07 (UTC+04:00)

...Hə, bu arada Filipp Kirkorovun prodüseri Yana Rudkovskaya müğənninin arıqlamasının əsas sirrini açıb.

Sən demə, Kirkorov idmanla məşğul olurmuş və... yalnız “Bakı pomidoru” yeyirmiş.

SİA-nın əldə etdiyi məlumata görə, Rudkovskaya bu maraqlı faktı 5-tv.ru-nun müxbirinə Siriusda gənc populyar musiqi ifaçılarının beynəlxalq “Yeni dalğa 2024” müsabiqəsində deyib.

Onun sözlərinə görə, əgər əvvəllər o, “Coca-Cola” içirdisə, bir dənə də olsun çay süfrəsini və ya əlavə sendviçdən imtina etmirdisə, indi hər şey dəyişib: musiqiçi Bakı pomidorlarına keçib və həyatı yeni rənglərlə parıldayıb: o, yalnız Bakı pomidorunu yeyir və biz bunu bilirik.

Nazlı Almuradova