Qəbul üçün ən yüksək nəticə 684,9 bal olub

24 Avqust 2024 18:53 (UTC+04:00)

Türkiyə–Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələrinə əsasən, Kompüter mühəndisliyi fakültəsinə qəbul üçün ən yüksək bal 684,9, ən aşağı bal isə 641,6 olub. Sənaye mühəndisliyi fakültəsi ən yüksək bal – 663,7, ən aşağı bal isə 544,4 olmaqla tələbə qəbul edib. Qida mühəndisliyi fakültəsində ən yüksək bal 632,8 olduğu halda bu bölmənin baza balı 452,1 olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Türkiyə–Azərbaycan Universitetinin birinci kursunda Kompüter mühəndisliyi və Sənaye mühəndisliyi fakültələrinin hər birində 30 nəfər, Qida mühəndisliyi fakültəsində 27 nəfər olmaqla ümumilikdə 87 tələbə ali təhsil alacaq.