Olimpiada qalibi Qarabağ Universitetinin elektrik və elektronika mühəndisliyini seçib

24 Avqust 2024 16:58 (UTC+04:00)

Qarabağ Universitetinə birinci qrupda 6 ixtisas (riyaziyyat müəllimliyi, elektrik və elektronika mühəndisliyi, inşaat mühəndisliyi, kompüter mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi) üzrə ümumilikdə 290 nəfər tələbə qəbul olub.

SİA xəbər verir ki, bu qrupda orta qəbul balı 475,5 təşkil edib. Sözügedən qrup üzrə universitetdə ən yüksək nəticə 659,9 balla riyaziyyat müəllimliyi ixtisasında qeydə alınıb. Olimpiada qalibi olan 1 abituriyent isə universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib.