Bakıda vətəndaşın 15 min manatı dələduzluq yolu ilə alınıb

24 Avqust 2024 12:36 (UTC+04:00)

Bakının Nəsimi rayonu ərazisində vətəndaşın 15 min manatı dələduzluq yolu ilə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş V.Səmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.