Məşhur müğənni imicini belə dəyişdi - FOTO

24 Avqust 2024 01:40 (UTC+04:00)

Türkiyəli müğənni Petek Dinçöz imicini dəyişərək saçlarını qara rəngə boyayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, illərdir sarışın və uzun saçlarını qara rəngə boyayan Petek Dinçöz yeni imicini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Petek Dinçözün yeni imicini görənlər onu həbsdən yeni çıxan Dilan Polatla müqayisə ediblər. Fotonun şərh bölməsinə minlərlə istifadəçi "Dilan Polat olduğunu düşündüm” şərhini yazıb.