"Real" klubu yarımmüdafiəçisini icarəyə verib

24 Avqust 2024 01:02 (UTC+04:00)

"Real" klubunun yarımmüdafiəçisi Mario Martin icarə əsasında İspaniyanın digər təmsilçisi "Valyadolid"ə keçib. SİA xəbər verir ki, 20 yaşlı futbolçunun icarə müqaviləsinin müddəti 2025-ci ilin iyununa kimi nəzərdə tutulub. Mario Martin Madrid təmsilçisinin akademiyasının yetirməsidir.

Qeyd edək ki, "Valyadolid” La Liqanın yeni mövsümünün ilk turunda "Espanyol”u məğlub edib və hazırda 3 xalla turnir cədvəlində dördüncüdür.