AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb

23 Avqust 2024 17:21 (UTC+04:00)

Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova Avropa çempionatının təsnifat mərhələsinin oyununa təyinat alıb. SİA AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, D qrupunda yer alan Estoniya və Xorvatiya komandalarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Avqustun 24-də Estoniyanın paytaxtı Tallində keçiriləcək oyunun hakimləri polşalı Maqdalena Nevyarovskа və almaniyalı Benedikt Qеukеs olacaq.