Sərnişin avtobusu çaya düşdü - xeyli sayda ölü var

23 Avqust 2024 14:17 (UTC+04:00)

Nepalda sərnişin avtobusunun Marsyanqdi çayına düşməsi nəticəsində ilkin təsbitlərə görə 14 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nepalın Tanahun bölgəsində təxminən 40 sərnişinin olduğu təxmin edilən Hindistan nömrəli sərnişin avtobusunun Nepalın Pokhara bölgəsindən paytaxt Katmanduya getdiyi bildirilib.

Xəbərə görə, Tanahun bölgəsində avtobusun Marsyanqdi çayına düşməsi nəticəsində 14 sərnişin həyatını itirib. Polis sözçüsü axtarış-xilasetmə qruplarının 16 nəfəri çaydan çıxardığını açıqlayıb.