İtaliyanın paytaxtı Romada oğurluq məqsədilə evə girən şəxs kitab oxumağa aludə olduqdan sonra ev sahibinin diqqətinə düşüb. Kitabın müəllifi Giovanni Nucci İtaliya mətbuatına açıqlamasında kitabını oğruya çatdırmaq istədiyini vurğulayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, avqustun 20-də Romanın Prati rayonundakı evdə baş verən oğurluq cəhdi İtaliya mətbuatında “İntellektual oğru” başlığı ilə işıqlandırılıb.
Oğurluq məqsədi ilə evə girən şəxsin ev sahibinin yataq otağında gördüyü kitabı oxumağa başlayarkən 71 yaşlı ev sahibinin polisə xəbər verməsi ilə o saxlanılıb.
Polisə verdiyi ifadəsində 38 yaşlı oğru oğurluq etdiyini inkar edərək deyib: "Görüşüm var idi və gözləyərkən mənzərəyə baxmaq üçün mənzilin terasına çıxdım. Sonra aşağıda eyvana yıxıldım. Qurtulmağı gözləyərkən buranın yataqxana olduğunu düşündüm. Oğrunun bu ifadəsinə baxmayaraq, yaxalanarkən çantasından bəzi dizayner paltarlarının tapıldığı və bunların başqa yerdən oğurladığı məhsullar olduğu və bunun oğurluq faktı kimi qiymətləndirildiyi bildirilib.