Bakıda yük maşını yanıb

23 Avqust 2024 10:59 (UTC+04:00)

Bakı şəhərinin Yasamal rayonunda yanğın olub. SİA FHN-ə istinadən xəbər verir ki, “КамАЗ” markalı yük avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.