Ötən ay yaşa görə sosial müavinət alanların sayı

23 Avqust 2024 10:57 (UTC+04:00)

2024-cü ilin iyul ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 153 700 nəfərdən çox olub. SİA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, onların 30,95%-ni kişilər, 69,05%-ni isə qadınlar təşkil edib.