Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

23 Avqust 2024 10:15 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,48% artaraq 2 528.90 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,66% artaraq 29.67 ABŞ dollarına bərabər olub.