İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçir

23 Avqust 2024 10:00 (UTC+04:00)

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) inzibati binasının və avadanlıqlarının sığortalanması üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 36 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 17-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanına təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 17-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.