Novxanıda kişi dənizdə batıb

22 Avqust 2024 15:41 (UTC+04:00)

Novxanı çimərliyində bir nəfər batıb. SİA məlumat verir ki, hadisə Xəzər dənizinin Sumqayıt ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hələ şəxsiyyəti dəqiqləşdirilməyən şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.