Braziliya hökuməti bəzi Asiya ölkələrindən olan insanların ABŞ və Kanadaya immiqrasiya etmək üçün bu ölkədən başlanğıc nöqtəsi kimi istifadə etmələrinin qarşısını almaq üçün məhdudiyyətlər tətbiq edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya Ədliyyə Nazirliyindən verilən açıqlamada bəzi Asiya ölkələrindən gələnlərin şimala keçmək üçün Braziliyadan başlanğıc nöqtəsi olaraq istifadə etdikləri bildirilib.
Bildirilib ki, müraciət hazırda Braziliya üçün vizadan azad olan Asiya ölkələrini əhatə etməyəcək. Məhdudiyyətin Braziliyaya gəlmək üçün viza tələb edən ölkələri əhatə etdiyi paylaşılıb. Açıqlamada qeyd olunub ki, gələn həftədən etibarən vizası olmayan sərnişinlər ya təyyarə ilə səyahətlərini davam etdirməli, ya da gəldikləri ölkəyə qayıtmalı olacaqlar. Braziliyanın qərbindəki Akko əyalətinin polis məmuru Remullo Diniz Asiya ölkələrindən Braziliyaya çoxlu sayda immiqrantın daxil olduğunu, bəzilərinin saxta sənədlərlə gəldiyini bildirib. Bu vəziyyətin Braziliya üçün "narahatlıq mənbəyi" olduğunu bildirən Diniz, onların arasında cinayət şəbəkələrinin üzvlərinin ola biləcəyinə diqqət çəkib.