Brilliant Dadaşova yeni tərzdə kamera qarşısına keçdi

21 Avqust 2024 00:40 (UTC+04:00)

Xalq artisti Brilliant Dadaşova üç hitinə yeni nəfəs verir. SİA xəbər verir ki,o, "Yarımgilə”, "Səninləyəm”, "Yalvarıram” adlı mahnılarını yenidən ifa edib. Sənətçi bunun üçün kamera qarşısına da keçib. Dadaşova bu barədə görüntüləri instaqram hesabında "Yenə çəkirlər” başlığı ilə paylaşıb. Estrada ulduzunun hollivudsayağı imici və kadrları diqqət çəkib. Layihə yaxın günlərdə təqdim ediləcək.