14 saylı Xəzər-Pirallahı Seçki Dairəsinin məntəqələrində 50 min 586 seçicinin adı var

20 Avqust 2024 10:36 (UTC+04:00)

14 saylı Xəzər-Pirallahı Seçki Dairəsi Bakı şəhərinin iki rayonunun ərazisini əhatə edir. Seçki dairəsində 41 açıq, 1 qapalı tipli seçki məntəqəsi fəaliyyət göstərir. Açıq tipli seçki məntəqlərinin 28-i Xəzər, 13-ü isə Pirallahı rayonunun inzibati ərazisində yerləşir. Bu seçki məntəqələri üzrə 50 min 586 seçici qeydiyyatdadır. SİA xəbər verir ki, bu barədəSeçki 2024 Müstəqil Media Mərkəzinə açıqlamasında 14 saylı Xəzər-Pirallahı Dairə Seçki Komissiyasının (DSK) sədri İmran Qəmbərov deyib.

DSK sədri bildirib ki, dairə üzrə seçicilərin 34 min 906 nəfəri Xəzər, 14 min 460 nəfəri isə Pirallahı rayonu üzrə qeydiyyatdadır. Qapalı təcridxana ərazisində yerləşən qapalı seçki məntəqəsinin isə 1220 seçicisi mövcuddur. Dairənin inzibati ərazisi üzrə 647 nəfər ilk dəfə səs verən, 1 nəfər isə 100 yaşdan yuxarı seçici var. Ən yaşlı seçicimiz Pirallahı rayonunun sakini 102 yaşlı Haciyeva Səkinə Fərman qızıdır.

Bütün seçki məntəqələrinin texniki təchizatı yüksək səviyyədədir və tam olaraq seçkiyə hazır vəziyyətdədirlər. Təqvim Planına əsasən seçki məntəqə komissiyalarının üzvlərinə müvafiq treninqlər keçirilib. Seçki Dairəsi üzrə 8 nəfər imza vərəqələri götürüb, onlardan yeddisinin namizədliyi qeydə alınıb. Seçki məntəqələrində maarifləndirici materiallar müvafiq yerlərə vurulub”.