Ali təhsil müəssisələrinə elektron ixtisas seçimi başa çatıb

20 Avqust 2024 09:56 (UTC+04:00)

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi avqustun 20-də saat 08.59-da başa çatıb. DİM-dən SİA-ya bildirilib ki, Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə 82870 elektron ixtisas seçimi ərizəsi təqdim edilib. ən çox ərizə I qrupa verilib. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.