Hizbullahın əsas əməliyyatçısı məhv edildi

20 Avqust 2024 01:10 (UTC+04:00)

İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində Hizbullahın raket bölməsinin əsas əməliyyatçısı Əli Hüseyn məhv edilib. SİA xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat verib.

Məlumata görə, təşkilatın hərbi qanadının silahlılarının yerləşdiyi bina da dağıdılıb.

Bundan əlavə, Livanın şərqindəki Baalbek şəhərində Hizbullahın silah anbarlarına hücumlar həyata keçirilib.