Türkiyənin məşhur “Yalı Çapkını” serialında Abidin obrazını canlandıran Ersin Arıcı ilə Suna obrazını canlandıran Beril Pozamın toy mərasimi baş tutub. SİA xəbər verir ki, mərasimə serialda rol alan Afra Saraçoğlu, Mert Ramazan Demir, Buçe Buse Kahraman da qatılıb.
Toya Ersin Arıcının ağlaması damğa vurub. Bəy sevinc göz yaşlarını gizlədə bilməyib.