Paşinyan sülhlə razılaşacaq? - POLİTOLOQ AÇIQLADI

20 Avqust 2024 10:46 (UTC+04:00)

"Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi dövlət səfəri avqustun 18-dən başlayıb". Bu sözləri SİA-ya açıqlamsında Politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə Putinin səfəri hər zamanki kimi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etməklə başladı: "Bildirmək, istərdim ki, Putinin Ulu Öndər Heydər Əliyevə çox böyük ehtiramı və sevgisi var idi. Heydər Əliyevi hər zaman böyük siyasətçi kimi tanıyıb. O Azərbaycana bütün səfərlərində Heydər Əliyevin abidəsini ziyarət etməklə başlayır".

E.Həsənov qeyd edib ki, Rusiya və Azərbaycan arasında strateji müttəfiqlik əlaqəsi var: "Rusiya Azərbaycanın böyük strateji qonşusudur. Biz xoş qonşuluq münasibətlərini saxlayırıq. Baxmayaraq ki, Rusiya Ukrayna ilə müharibə aparır. Biz müharibənin əleyhinəyik və Ukraynanın ərazi bütövlüyünü dəstəkliyirik. Lakin bununla bərabər Rusiya ilə münasibətləri taraz saxlayırıq. Eyni zamanda Rusiyanın Azərbaycanda bu il 4 milyard dollar yatırımı var. Azərbaycan və Rusiya qarşılıqlı iqtisadi əməkdaşlıq edir. Rusiya eyni zamanda Ermənistan və Azərbaycan münasibətlərinin yaxşılaşdırmağa və sülh müqaviləsi imzalamağa vasitəçilik etməyə çalışır. Putin də Azərbaycan Prezidentinə bildirdi ki, bizim danışıqların yekunları barədə də Paşinyana məlumat verəcəm. Azərbaycan və Ermənistan arasında sülhün vacib oldugunu vurğuladı.Ona görə də Putinin gəlişi yüksək qiymətləndirilir. Regionda sülhün sabitliyin olması üçün vacibdir. Bundan başqa Ermənistanda ABŞ-ın hərbi baza yerləşdirilməsi Rusiyanın maraqlarına uygun deyil. Eyni zamanda enerji resurslarının daşınmasında Azərbaycanın çox böyük rolu var. Ona görə də Rusiya Azərbaycanla münasibətdə yaxşı olmaq istəyir. Azərbaycanın Rusiya ilə diplomatik, iqtisadi siyasi əlaqələri yüksək səviyyədir və daha da inkişaf edir".