Toyuq dərisi NƏYƏ FAYDALIDIR? - DİETOLOQ AÇIQLADI

19 Avqust 2024 16:05 (UTC+04:00)

"Müasir dünyamızın ən müasir dietik ət məhsullarından biri də toyuq ətidir". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ləman Süleymanova deyib.

Ləman Süleymanova sözlərinə belə davam edib: "İstər kənd təsərrüfatı inkişaf etmiş ölkələrdə, istərsə də süni yolla yetişdirilən, qidalandırılan toyuqlara üstünlük var. Yəni hər iki halda toyuq ətindən istifadə olunur və sevilir.

Sağlam şəkildə orqanik yetişdirilən toyuqların tərkibi çox faydalı maddələrlə zəngindir, insan orqanizminə xeyirli təsiri var. Hətta mən deyərdim ki, dərisi belə xeyirlidir. Toyuq dərisinin tərkibində müsbət yağlar var. Düzdür, dietik nöqteyi-nəzərdən toyuğun dərisi mütəxəssislər tərəfindən məsləhət görülmür. Çünki orada xolesterin daha aktivdir. Amma orqanik yetişdirilən toyuqların dərisinin hətta yağları, faydalı maddələri aktivdir və mən özüm də çox sevirəm.

Deyirlər ki, toyuğun dərisində xolesterin daha çoxdur. Amma sağlam qidalanırıqsa yəni bu xolesterin orqanizm tərəfindən rahat həzm olunur və əlavə maddələr, toksinlər xaric olunur. Sağlam şəkildə qidalananda yəni bunun zərəri yoxdur. Amma çox təəssüflər olsun ki, süni yolla yetişdirilən toyuğun dərisi bəli bu insan orqanizminə çox zərərlidir. Çünki süni yolla yetişdirilən toyuqlara müəyyən maddələr vurulurdu və həmin o maddələri zəhərli toksinlər məhz dəridə yığılır, dəridə daha aktiv olur və bir mütəxəssis kimi süni yolla yetişdirilən toyuğun dərisini yemək məsləhət deyil. Çünki həmin o maddənin ən aktiv zərərli toksinləri məhz dəri üzərində olur və bu da mütəmadi istifadə olunanda müəyyən fəsadlara gətirib çıxara bilər".

Ayşən Vəli