İstedad sərhəd tanımır - ARAŞDIRMA

19 Avqust 2024 16:24 (UTC+04:00)

İstedadın önəmli bir nüansı var. Bir sıra mənbələr göstərir ki, istedadın öz-özlüyündən ortaya çıxması onun doğuşdan gələn tərəfinə işarə edir.

Hər insanın digər insanlarla müqayisədə daha peşəkar olduğu sahələr var. Əgər bu istedad inkişafa meyillidirsə, ətraf-mühitin dəstəyinin də ona böyük faydası var. Amma insanlar nə qədər istedadlı olsalar da, bunu inkişaf etdirməsələr geridə qalacaqlar. Çünki daim inkişaf edənlər var. Siz nə qədər istedadlı olsanız da, inkişafa meyilli olanlar qarşıda dayanacaq.

Dünyada doğuşdan xüsusi istedadı olan insanlar aşağıdakılardır:

Ağrı hiss etməyən adam: Tim Cridland digər insanlar kimi ağrı hiss etmir. O, qollarına iynələr vuraraq tərpənmədən dəhşətli nümayişləri ilə insanları heyrətə gətirir. Elmi sınaqlar nəticəsində müəyyən edilib ki, Timin ağrı həddi normal insanlardan xeyli yüksəkdir.

Qulaqları ilə görən adam: Ben Underwoodt uşaqlıqda keçirdiyi xərçəng xəstəliyi səbəbi ilə görmə qabiliyyətini itirib. Gözləri görməsə də, velosiped sürür, basketbol oynayır və həyatını rahat yaşayır. O, dünyada əks-səda texnikası ilə görə bilən yeganə insandır.

Elastik rezin oğlan: Daniel Brovning Smith-in 5 Ginnes rekordu var. Dünyanın ən məşhur çevik insanıdır. O, beyin gücü ilə cisimləri hərəkətə gətirir.

Anadangəlmə kor olan türk rəssamı: Eşref Armağan Eşref Armağan həyatında görmədiyi əşyaların maketlərini barmaqlarının ucu ilə toxunaraq çəkə bilib. Onun qeyri-adi istedadı mükafata layiq görülmüş “Qaranlığın rəngləri” sənədli filminin mövzusu olmuşdur.

Gözlərini yuvalarından çıxaran adam: Claudio Pinto Claudio Pinto gözlərini yuvalarından 4 sm çıxara bilir. Dünya rekordunu qırmağı qarşısına məqsəd qoyan Pinto müxtəlif sağlamlıq testlərindən keçir və həkimlər daha əvvəl gözlərini yuvalarından bu qədər kənara çıxaran adam görmədiklərini söyləyirlər. Belo Horizontedə yaşayan Klaudio Pinto bu funksiyadan pul qazanmaq üçün istifadə etdiyini bildirib.

Dünyanı dişləri ilə çəkən adam: Rathakrishnan Velu Dünya onu 2007-ci ildə Malayziyada dişləri ilə çəkdiyi qatar şəkli ilə tanıdı. O vaxtdan bəri dişləri ilə dünyanı özünə cəlb etməyə və insanları təəccübləndirməyə davam edir.

Göz yaşları ilə yazan adam: 56 yaşlı Çinli Ru Antinq göz yaşları ilə yaza bilir. Burnuna bir az su çəkən, sonra gözyaşardıcı kanalından suyu fışqıran adam müəyyən bir səthə istədiyini yaza bilər. Ru bu qeyri-adi istedadı uşaqlıqda çayda çimərkən kəşf edib.

O, səsi ilə dağları yerindən oynadır: Tailandda yaşayan 55 yaşlı Jittarat Wongsomboon gülərkən dağları yerindən tərpətdirir. 110 desibel gücü ilə gülə bilən bu qadın bir çox gülüş yarışmalarına qatılıb və mükafatlar qazanıb.

SİA mövzu ilə bağlı ayaqları ilə müxtəlif rəsmlər çəkən Salmanova Samirənin atası Ramiz müəllimin fikirlərini öyrənib: "Qızım anadangəlmə 1-ci qrup əlildir və Prezident təqaüdü alır. 7-8 yaşlarında heç bir dərs almayan bu qız birdən-birə ayaq barmaqları ilə müxtəli şəkillər çəkməyə başladı. Qeyd edim ki, Samirə yeriyə bilmir, danışmır, əlləri ilə heç bir hərəkət edə bilmir. O, anadangəlmə "Uşaq serebral iflic" diaqnozu ilə xəstədir. Yeganə ümidi ayaq barmaqlarınadır.

Onun çəkdiyi rəsmləri sərgidə canlı seyr edən Ümummilli Liderimiz Samirəni milli qəhrəman səviyyəsində qiymətləndirmişdir. Moskvada keçirilən beynəlxalq Filantrop fondunun sərgisində onun çəkdiyi "Ulu Öndər"in və "Dağ gölü"nün rəsmləri Tretyakovski adına Moskva qalareyasında özünün iştirakı ilə nümayiş etdirildi və Qalareyanın arxivində saxlanıldı.

O rəsm barədə heç bir dərs almayıb. Bu allah vergisidir.

Mərhum Qənirə Paşayeva onun sərgilərində iştirak edib və onu vəfatından bir müddət əvvəl Milli Məclisə dəvət etmişdi. Samirənin kiçik yaşlarında çəkdiyi rəsmləri "OMOKO" Neft şirkəti Avropaya sərgiyə göndərmiş və ilk həftədə həmin rəsmlər satılaraq qonararı Samirəyə göndərilmişdi".

Bəs, fitri istedad genetikdirmi? Arada nə dərəcədə bir bağlılıq var?

Cərrah, mama-ginekoloq Ləman Əliyevanın fikirlərini öyrənib: "Fitri istedad genetik ola da bilər, olmaya da. Burada dəqiq bir şey söyləmək doğru olmaz. Yəni, biz əminliklə deyə bilmərik ki fitri istedadlı bir şəxsin mütləq fitri istedadlı övladı dünyaya gələcək. Bəzən o qədər əks hallar olur ki...Bəzən heç bir fitri istedadı olmayan ailənin istedadlı uşağı doğulur".

Ayşən Vəli