Ağdaşda 76 yaşlı qadın sirkə turşusundan ölüb

19 Avqust 2024 10:30 (UTC+04:00)

Ağdaşda 76 yaşlı qadın sirkə turşusundan ölüb. SİA xəbər verir ki, rayon sakini, 1948-ci il təvəllüdlü Vəzifə Nəbiyeva dünən günorta saatlarında yaşadığı evdə sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən qadın orada vəfat edib.

Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.