ABŞ ordusu Yəmənə zərbələr endirib

19 Avqust 2024 02:10 (UTC+04:00)

ABŞ ordusu Yəməndə üsyançı husilərin “Ənsar Allah” hərəkatına məxsus pilotsuz uçuş aparatını hədəfə alaraq zərbə endirib. SİA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Komandanlığın X sosial hesabında yayımlanan bəyanatda deyilir: “Mərkəzi Komandanlıq qüvvələri Yəməndə husilərin nəzarətində olan ərazidə husilərə məxsus PUA-nı uğurla məhv edib”.