33 saylı Xətai Birinci DSK üzrə 50 minə yaxın seçici var

17 Avqust 2024 15:31 (UTC+04:00)

“Sentyabrın 1-ə təyin olunmuş parlament seçkiləri ilə əlaqədar 33 saylı Xətai Birinci Seçki Dairəsi üzrə hazırlıq işləri qaydalara uyğun formada davam etdirilir”. SİA xəbər verir ki, bunu Seçki 2024 Müstəqil Media Mərkəzinə açıqlamasında 33 saylı Xətai Birinci Dairə Seçki Komissiyasının sədri Əlibaba Bayramov deyib.

O qeyd edib ki, məntəqə seçki komissiyaları üçün treninqlər keçirilib. “Məntəqələr lazımi avadanlıqlarla təmin edilib. Ümumilikdə dairə üzrə 39 seçki məntəqəsi və 50 minə yaxın seçici var. Dairə üzrə 11 namizəd qeydiyyatdan keçib. Hazırda namizədlər seçkiqabağı təşviqat çərçivəsində seçicilərlə görüşlərini davam etdirilir və onlar üçün açıq və qapalı məkanlar təmin edilib. Seçki məntəqələri seçkilərə hazırdır və bütün seçicilərin rahat şəkildə səs verməsi üçün bütün zəruri şərait yaradılıb”.