Azərbaycan klubu heyətini yeni voleybolçu ilə gücləndirib

17 Avqust 2024 13:44 (UTC+04:00)

Qadın voleybolçulardan ibarət "Gəncə" klubu heyətini yeni oyunçu ilə gücləndirib. SİA xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fidan Azayeva ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, voleybolçu ötən mövsüm UNEC-in formasını geyinib.