Zerrin Özer xəstəxanadan evə buraxılıb

17 Avqust 2024 08:42 (UTC+04:00)

Məşhur türkiyəli müğənni müalicə olunduğu reabilitasiya mərkəzindən evə buraxılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni mahnısına klip çəkdirən sənətçi hazırkı durumu ilə bağlı pərəstişkarlarını məlumatlandırıb. 66 yaşlı sənətçi "Səhhətim çox yaxşıdır. Özümü çox yaxşı hiss edirəm. Xoşbəxt və dincəm. Hər kəs kimi mənim də zaman-zaman səhhətimdə problemlər olur. Heç kim narahat olmasın, mən hamını çox sevirəm. Artıq tez-tez yeni mahnılarla qarşınıza çıxacam” deyə bildirib.