Məşhur aktrisa Dakota Conson və Britaniyalı musiqiçi sevgilisi Kris Martin 7 illik nişanlılıq müddətindən sonra ayrılıblar. SİA xarici mətbuata əsasən xəbər verir ki, bir neçə il əvvəl nişanlanan cütlük ötən həftə sonu ayrı-ayrı görüntüləniblər. Onların barmağında nişan üzüklərinin olmaması diqqət çəkib. Cütlüyə yaxın bir mənbəənin verdiyi məlumata görə Cris Martin yaxın ətrafına "münasibətimiz artıq əvvəlki kimi deyil, davam edə bilməyəcəyəm" deyə bildirib.