Nyuşa xəyanəti bağışlamadı - FOTO

17 Avqust 2024 00:10 (UTC+04:00)

Müğənni Nyuşa və iş adamı İqor Sivov rəsmi şəkildə boşanıb. SİA xəbər verir ki, cütlüyün boşanması ilə bağlı yekun məhkəmə ötən gün keçirilib. Müğənni ərindən boşanmaq üçün mayın 24-də müraciət edib. Məhkəmə cütlüyə iki dəfə vaxt verib. Lakin cütlük fikrindən daşınmayıb.

Qeyd edək ki, boşanmaya səbəb İqorun Nyuşaya xəyanət etməsi olub. 2017-ci ildə ailə quran cütlüyün 2 övladı var.